Koronavirusa yoluxanların sayı 18 milyonu keçib
Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 690 mini, virusa yoluxanların sayı 18 milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 11 milyonu keçib.
Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 690 mini, virusa yoluxanların sayı 18 milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 11 milyonu keçib.
Epidemiyanın mǝrkǝzinǝ çevrilǝn Amerika Birlǝşmiş Ştatlarında virüs qurbanlarının sayı 150 mini, infeksiyaya yoluxanların sayı isǝ 4 milyonu keçib.
Braziliyada koronavirus qurbanlarının sayı 94 min 130-za, infeksiyaya yoluxanların ümumi sayı isǝ 2 milyon 733 min 677-yǝ çatıb.
Meksikada koronavirusdan vǝfat edǝnlǝrin sayı 47 min 746-ya, epidemiyaya yoluxanların sayı isǝ 439 min 46-ya yüksǝlib.
Çilidǝ koronavirusdan ölǝnlǝrin sayı gün ǝrzindǝ 75 artaraq 9 min 608-ǝ, virusa yoluxanların sayı isǝ 2 min 81 artaraq 359 min 731-ǝ çatıb.
Argentinada gün ǝrzindǝ koronavirusdan 52 nǝfǝrin dǝ vǝfat etmǝsi ilǝ ölkǝdǝ epidemiyadan ölǝnlǝrin sayı 3 min 648-ǝ, yoluxanların sayı da 201 min 919-za yüksǝlib.
Epidemiyanın Avropadakı mǝrkǝzinǝ çevrilǝn İngiltǝrǝdǝ isǝ indiyǝdǝk virus sǝbǝbindǝn vǝfat edǝnlǝrin sayı 46 min 201-ǝ, infeksiyaya yoluxanların sayı da 304 min 695-ǝ çatıb.
Kosovo Baş naziri Avdullah Hotinin yeni növ koronavirusa yoluxduğu bildirilib.
Qeyd edǝk ki, Kosovoda koronavirusdan 249 nǝfǝr vǝfat edib, daha 8 min 799 nǝfǝr virusa yoluxub.