Әfqanıstanda hǝbsxanaya hücum edilib, ölǝnlǝr var

Bu barǝdǝ Nanqarhar Valiliyinin mǝtbuat katibi Ataullah Hoqyani Anadolu Agentliyinǝ verdiyi mǝlumatda bildirib.

1466189
Әfqanıstanda hǝbsxanaya hücum edilib, ölǝnlǝr var

Әfqanıstanın şǝrqindǝki Nanqarhar vilayǝtindǝki hǝbsxanaya tǝşkil edilǝn silahlı hücum nǝticǝsindǝ 13 nǝfǝr hǝlak olub.

Bu barǝdǝ Nanqarhar Valiliyinin mǝtbuat katibi Ataullah Hoqyani Anadolu Agentliyinǝ verdiyi mǝlumatda bildirib. O, tǝcavüzkarlar ilǝ tǝhlükǝsizlik qüvvǝlǝri arasında qarşıdurmanın yaşandığını qeyd edib.

Qarşıdurma zamanı 3 tǝcavüzkarın da öldürüldüyünü bildirǝn Hoqyani ǝmǝliyyatların davam etdiyini deyib. Hoqyani hücum nǝticǝsindǝ 13 nǝfǝrin öldüyünü, 42 nǝfǝrin dǝ yaralandığını deyib.

Hücuma görǝ mǝsuliyyǝti öz üzǝrinǝ götürǝn olmayıb.



Әlaqәli Xәbәrlәr