Qǝrb ölkǝlǝrindǝ koronavirusla bağlı son vǝziyyǝt (2 avqust)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 680 mini, virusa yoluxanların sayı 17 milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 11 milyonu keçib.

1465746

Epidemiyanın mǝrkǝzinǝ çevrilǝn Amerika Birlǝşmiş Ştatlarında virüs qurbanlarının sayı 150 mini, infeksiyaya yoluxanların sayı isǝ 4 milyonu keçib.

Meksikada koronavirusdan gün ǝrzindǝ vǝfat edǝnlǝrin sayı 784 artaraq 47 min 472-yǝ çatıb. Ölkǝdǝ virusa yoluxanların sayı isǝ 556 artaraq 434 min 193-ǝ yüksǝlib.

Epidemiyanın Avropadakı mǝrkǝzinǝ çevrilǝn İngiltǝrǝdǝ isǝ indiyǝdǝk virus sǝbǝbindǝn vǝfat edǝnlǝrin sayı 46 min 193-ǝ, infeksiyaya yoluxanların sayı da 303 min 952-yǝ çatıb.

Epidemiyanın Latın Amerikası ölkǝlǝrindǝki mǝrkǝzinǝ çevrilǝn Braziliyada da epidemiya qurbanlarının sayı 93 mini, yoluxanların sayı da 2 milyonu keçib.

Argentinada epidemiya qurbanlarının sayı 3 min 596-ya çatıb. Paytaxt Buenos Aires vǝ ǝtrafında karantin rejiminin müddǝti 16 avqustadǝk uzadılıb.

Belçikada koronavirusdan vǝfat edǝnlǝrin sayı 9 min 845-ǝ, infeksiyaya yoluxanların sayı da 69 min 402-yǝ yüksǝlib.

9 min 226 nǝfǝrin koronavirus sǝbǝbindǝn hǝyatını itirdiyi Almaniyanın paytaxtı Berlindǝ ‘‘Covid-19’’-a qarşı görülǝn tǝdbirlǝrǝ qarşı etiraz aksiyası keçirilib. 

Fransada koronavirus qurbanlarının sayı 30 min 265-ǝ, virusa yoluxanların sayı isǝ 187 min 919-za çatıb.

Әlaqәli Xәbәrlәr