Husilәr Necranda onlarla sәudiyyәli hәrbçinin öldüyünü iddia edib

İran tәrәfindәn dәstәklәnәn Husilәr Sәudiyyә Әrәbistanının cәnub sәrhәdindәki Necran şәhәrindә onlarla sәudiyyәli әsgәrin öldüyünü vә yaralandığını irәli sürüb.

1465883

Mәlumatda  Husilәr ilә Sәudiyyә Әrәbistanı hәrbçilәri arasında Necran şәhәrindә 4 saat davam edәn qarşıdurmalar yaşandığı iddia  edilib.

Qarşıdurma zamanı onlarla sәudiyyәli hәrbçinin öldüyü vә yaralandığı bildirilib. Sәudiyyә Әrәbistanı iddialarla bağlı açıqlama vermәyib.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn İran tәrәfindәn dәstәklәnәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn Hökumәtinә dәstәk verir.

Әlaqәli Xәbәrlәr