Dünyada koronavirusdan sağalanların sayı 10 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 674 mini keçib.

1464870
Dünyada koronavirusdan sağalanların sayı 10 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 674 mini keçib. Virusa yoluxanların sayı 17 milyon 407 olub. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 10 milyonu keçib.
Epidemiya səbəbiylə 91 min 263 insanın öldüyü Braziliyada 2 milyon 610 min 102 insana isә virus yoluxub. Virusun yoluxduğu insanlara prezident Jair Bolsonaronın həyat yoldaşı Mişel Bolsonaro da daxildir. Mişel Bolsonaronun səhhətinin yaxşı olduğu və ona lazımi müalicә üsullarının tətbiq ediləcəyi bildirilib.
Fransada son 24 saatda epidemiya səbəbiylə daha 16 nəfərin ölmәsilә ölkәdә virusdan hәlak olanların sayı 30 min 254 olub. Fransada koronavirusa yoluxan insanların sayı min isә 1 377 artaraq 216 min 110 nəfərə çatıb.

Bu arada, Avropada yeni növ koronavirusun yenidən yayılmasının səbəbi açıqlanıb.

Avropa və şimal yarımkürəsinin bir sıra ölkələrində"Covid-19"a yeni yoluxmalar gənclərin yay dövründə sayıqlığı azaltmaları ilə bağlıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Qebreyesus "Faktlar göstərir ki, infeksiyaya kütləvi yoluxmalar bəzi ölkələrdə gənc insanların şimal yarımkürəsində yay mövsümü zamanı öz sayıqlıqlarını zəiflətmələri nəticəsində artıb" deyib.



Әlaqәli Xәbәrlәr