Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 668 mini keçib.

1464344
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir
koronavirus.jpg
koronavirus.jpg
Japonya korona.jpg

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 668 mini keçib. Virusa yoluxanların sayı 17 milyon 131 min, epidemiyadan sağalanların sayı da 10 milyon 592-dən yuxarıdır.

Fransada son 24 saatda epidemiyadan daha 15 adamın həlak olması ilə ölkədə insan itkisi 30 min 238 nəfərə çatıb. Ölkədə yeni koronavirus virusuna yoluxanların sayı 392 min artaraq 214 min 733 olub. Səhiyyə naziri Olivier Veran da fransızlara açıq ərazilərdə maskalar taxmağı tövsiyə edib.

153 min 845 nəfərin öldüyü və yoluxmaların sayının 4 milyon 568 min 375 olduğu Amerika Birləşmiş Ştatlarında Nümayəndələr Palatasının  sədri Nensi Pelosi "Covid-19" səbəbiylə Nümayəndələr Palatasının Baş Məclisində iclaslarda iştirak edən nümayəndələrin maska taxmalarının məcburi olacağını açıqlayıb.
Braziliyada son 24 saat ərzində 595 nəfərin ölümü ilə ölkədə virusdan ölənlərin sayı 90 min 134-ə yüksəlib. Yoluxma halların sayı 69 min 74 artaraq 2 milyon 552 min 265-ə çıxıb. 
Meksikada "Covid-19"dan insan itkisi 485 nəfər artaraq 45 min 361, yoluxmaların sayı 5 min 752 artaraq 408 min 449-a çatıb.
İtaliyada "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı son bir gündə 6 artaraq 35 min 129, virusa yoluxanların sayı 289 artaraq 246 min 776-a çatıb.
Avstraliyada son 24 saat ərzində 13 nəfər ölüb, 744 nəfərə yeni növ koronavirus diaqnozu qoyulub. 

İngiltərənin Səhiyyə naziri Matt Hancock Avropada yeni növ koronavirus (COVID-19) infeksiyasının ikinci dalğasının başlaması ilə bağlı narahatlığını ifadə edib.

Nazir bildirib ki, hökumət Britaniyanın təhlükəsizliyini qorumaq üçün yenidən karantin tədbirlərini bərpa etməkdən çəkinməyəcək.

“İkinci dalğa məni narahat edir. Düşünürəm ki, Avropada koronavirusun ikinci dalğası yayılmağa başlayır. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - deyə M. Hancock qeyd edib.

Rusiya koronavirusa yoluxanların sayı 830 min nəfəri keçib.

Ölkədə son sutka ərzində 5 509 nəfər virusa yoluxub, 129 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 834 499 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 13 802 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 629 655 nəfər virusdan sağalıb, 191 042 nəfərin müalicəsi isə davam edir.


Etiketlәr: #korona , #epidemiya , #virus

Әlaqәli Xәbәrlәr