"Covid-19" infeksiyasına yoluxma hallarının sayı sürətlə artmaqdadır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb.

1463406
"Covid-19" infeksiyasına yoluxma hallarının sayı sürətlə artmaqdadır

"Covid-19" infeksiyasına yoluxma hallarının sayı sürətlə artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb. ÜST-yə daxil olmuş məlumatlara görə, bu günə qədər yoluxanların sayı 16 milyona yaxındır, koronavirusa yoluxmuş 640 mindən çox xəstə isə dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ayrıca yeni növ koronavirusun (Covid-19) qripə bənzəmədiyini, epidemiyada "tək və böyük bir dalğa" olduğunu açıqlayıb.
ÜST sözçüsü Margaret Harris yay aylarının gəlməsi ilə epidemiyanın təsirinin azalacağını düşünənlərə xəbərdarlıq edərək, "Covid-19"un mövsümi qriplər kimi olmadığını söyləyib.
Harris mövcud laqeydliyə qarşı xəbərdarlıq edib:
“İnsanlar hələ mövsümləri düşünürlər. Hamımız başa düşməliyik ki, bu, yeni bir virusdur və fərqli davranır. Epidemiyanın ehtimal olunan ikinci və ya üçüncü dalğalarını düşüncələrə deyirə; bu böyük bir dalğa olacaq. Biraz yüksələcək və bir qədər enəcək, ən yaxşısı onu üfqi hala gətirməkdir".



Әlaqәli Xәbәrlәr