"Bizim Türkiyədən kömək istəməkdən başqa çarəmiz qalmadı", X.Mişri

Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı Xəlifə Hafterə bağlı milislərin hücumlarını geri oturtmaq üçün Türkiyə ilə müqavilə bağladıqlarını vurğulayıb

1463111
"Bizim Türkiyədən kömək istəməkdən başqa çarəmiz qalmadı", X.Mişri

 

  Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı Xəlifə Hafterə bağlı milislərin hücumlarını geri oturtmaq üçün Türkiyə ilə müqavilə bağladıqlarını vurğulayıb.

  Mərakeş xarici işlər naziri Nasir Burita ilə paytaxt Rabatda reallaşdırdığı görüşdən sonra X.Mişri təşkil edilən ortaq mətbuat konfransında çıxış edərək deyib: "Hafterçilər 6-10 dövlət tərəfindən dəstəkləndikdən sonra Liviya Milli Koalisiya Hökuməti Türkiyədən yardım istədi. Çünki bunların hamısına qarşı hökumətimizi müdafiə edəcək gücümüz yox idi.

  Liviya 2013-cü ildən bəri Birləşmiş Ərəb Əmirlikləri (BAE) ilə yanaşı  Misir və başqa ölkələrin hərbi müdaxiləsinə məruz qalıb. Halbuki bu vəziyyət beynəlxalq qərarlara zidd idi.

  Hafter yenə bir çox ölkədən kömək istəyincə və Trablusa dirənincə Türkiyədən kömək istəməkdən başqa çarəmiz qalmadı. Bu, təbii ki, qarşılıqlı razılaşmalar yoluyla oldu.

  Başqa dövlətlər özləri Hafterə dəstək verir, amma qanuni hökumətimizin Türkiyədən kömək istəməsindən narahat olurlar”.

  Qeyd edək ki, Türkiyə ilə Liviya arasında 27 noyabr 2019-cu ildə varılan "Təhlükəsizlik və hərbi əməkdaşlıq müqaviləsi"nə əsasən, hər iki ölkənin beynəlxalq hüquqdan qaynaqlanan haqqlarının mühafizəsilə bağlı "Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma" imzalanıb.



Әlaqәli Xәbәrlәr