Şimali Koreyada ən yüksək səviyyədə fövqəladə vəziyyət

Şimali Koreyada ən yüksək səviyyədə fövqəladə vəziyyət elan olunub

1462015
Şimali Koreyada ən yüksək səviyyədə fövqəladə vəziyyət

 

  Koreya Xalq Demokratik Respublikasında (KXDR) "Covid-19" infeksiyasına ilk yoluxma şübhəsindən sonra ölkədə ən yuxarı səviyyədə fövqəladə sistem elan edilib.

  Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir ki, hakim Koreya Fəhlə Partiyası mərkəzi komitəsinin siyasi bürosunun məsələ ilə əlaqədar təcili iclası keçirilib. İclasda çıxış edən KXDR başçısı Kim Çen İn deyib ki, virusun yayılmasının qarşısını almaqdan ötrü Keson şəhəri tamamilə qapadılmalı, onun hər bir rayonu təcrid edilməlidir.

  Kim Çen İn Keson şəhərindəki təhlükəli vəziyyəti nəzərə alaraq, yanvar ayından ölkədə tətbiq olunan fövqəladə antiepidemiya şəraitindən ən yuxarı səviyyədə fövqəladə sistemə keçməyə və yüksək səviyyəli həyəcan elan etməyə qərar verdiyini deyib.

  Virusa yoluxmaqda şübhəli bilinən şəxslə yaxın təmasda olanlar, habelə son beş gün ərzində Kesona səyahət etmiş şəxslər karantinə cəlb olunacaqlar. Şübhəli bilinən şəxs 3 il əvvəl Cənubi Koreya tərəfə keçən və iyulun 19-da geri qayıdan adamdır. Hazırda o, karantinə cəlb olunub və həkim nəzarətindədir.

  "Yonhap" agentliyi isə Kim soyadlı, 24 yaşlı həmin kişinin 2017-ci ildə Cənubi Koreyaya keçdiyini və Qimpo şəhərində yaşadığını bildirir. O, ötən ay Şimali Koreyadan olan qaçqın qadını zorladığı üçün polis tərəfindən təhqiqata cəlb olunmuşdu.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr