Həcc ziyarəti karvanları Məkkəyə gəlməyə başlayıb
Səudiyyə Ərəbistanı SPA rəsmi xəbər agentliyinin yazdığına görə
Səudiyyə Ərəbistanı Həcc ziyarəti karvanlarının Məkkəyə gəlməyə başladığını bildirib.
Ölkənin SPA rəsmi xəbər agentliyinin yazdığına görə, Həcc karvanları Məkkəyə çatmağa başlarkən müqəddəs məkanda yeni tip korona virusuna (Covid-19) qarşı ciddi tədbirlər artırılıb.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi icazəsiz Həcc ziyarəti xəbərdarlığı etsə də, bir həftə boyu bu qaydanı pozan 16 nəfər saxlanılıb.
Qeyd edək ki, nazirlik “Covid-19” epidemiyası ilə əlaqədar bu il Həcc ibadətini yalnız ölkədə yaşayanlarla məhdudlaşdırılacağını, xaricdən hacı namizədi qəbul edilməyəcəyini bildirmişdi. Ölkənin səhiyyə naziri Tofiq ər-Rəbiyə hacı namizədlərinin, xüsusən 65 yaşdan aşağı olması və xroniki narahatlıq daşımaması lazım olduğunu söyləmişdi.