Dünyada virusa yoluxanların sayı 16 milyonu keçib

Epidemiyadan sağalanların sayı 10 milyona yaxınlaşıb.

1461526
Dünyada virusa yoluxanların sayı 16 milyonu keçib
kazakistan koronavirus.jpg
ingiltere koronavirus.jpg
koronavirüs afrika.jpg

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 643 min 384-ü, virusa yoluxanların sayı 16 milyonu keçib. Epidemiyadan sağalanların sayı isә 10 milyona yaxınlaşıb.

148 mindən çox insan itkisi, 4 milyon 248 min yoluxma hadisə ilә epidemiyanın mәrkәzinә çevrilәn ABŞ-da paytaxt Vaşinqtonun bәlәdiyyә sәdri Muriel Bowser, həftənin əvvəlindən "Covid-19" riski yüksək olan bölgələrdən məcburi olmayan səyahətlərlə şәhәrә gәlәn insanlar üçün 14 gün məcburi karantinin tətbiq ediləcəyini açıqlayıb. Massacusets ştatı da yüksək riskli bölgədən gәlənlәr üçün 14 günlük karantin tәtbiqini mәcbur edib. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmi saytında yayımlanan yeni açıqlamaya görə, uşaq bağçasından liseyə qədər hәr sәviyyәdә mәktәbin bölgәlәrindәki bölgələrində yeni tip koronavirusun  intensivliyinə görə müəyyən tədbirlər görməklə yay sonuna qədər tələbələri qəbul edә bilәcәklәri bildirilib. 

Braziliyada son 24 saat ərzində 156 nəfərin ölümü ilə ölkədə virusdan ölənlərin sayı 85 min 385-ə yüksəlib. Yoluxma hallarının isə sayı 55 min 891 artaraq 2 milyon 348 minə çıxıb.
Meksikada "Covid-19"dan insan itkisi 737 artaraq 42 min 645, yoluxanların sayı sayı isə 7 min 573 artaraq 378 min 285-ə yüksəlib. 
Fransada epidemiya səbəbiylə son 24 saatda daha 10 nəfərin həyatını itirmәsilә ölkәdә insan itkisi sayı 30 min 192 olub. Ölkədə yeni koronavirusa yoluxanların sayı 130 min artaraq 212 min 102-ə çatdı.
Səlahiyyətlilər yoluxma hadisələrinin sürətlə artdığı İspaniya ilə sərhədlərin, tədbir görülməyәcәyi tәqdirdә bağlana bileceği mövzusunda xəbərdarlıq ediblər.
İspaniyada "Covid-19" səbəbiylə son bir gündə daha 3 ölüm faktı qeydə alınıb. Bununla da həyatını itirənlərin sayı 28 min 432 olub. Yoluxmaların sayı 922 artımla 272 min 421-ә yüksəlib. 
Portuqaliyada son bir gündə "Covid-19"dan 7 nəfər ölüb, pandemiya dövründә ölüm sayı 1712-yə çatıb. 313 yeni hadisənin aşkarlandığı ölkədə yoluxma sayı 49 min 692 olub.

Moskvada son 24 saat ərzində koronavirusdan 14 nəfər dünyasını dəyişib. 

Rusiyada ümumilikdə 800 mindən çox yeni virusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 13 192 nəfəri ölüb, 588 min nəfəri sağalıb.

Son 24 saat ərzində İranda 2 min 489 nəfər koronavirusa yoluxub, 215 nəfər isə həyatını itirib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 286 min 523 nəfərə, ölənlərin sayı isə 15 min 289-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 249 min 212 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 653 xəstənin vəziyyəti ağır olaraq qalır.

4 min 634 nəfərin öldüyü Çində son 24 saatda ölüm halı qeydə alınmayıb. 34 yeni yoluxma halı ilə virusun bulaşdığı insan sayı isə 83 min 784-ə yüksəlib.
98 nəfərin həyatını itirdiyi Cənubi Koreyada son bir gündə insan itkisi yaşanmayıb, "Covid-19" infeksiyasının daha 113 adamda aşkarlanması ilə yoluxmaların sayı 14 min 92 olub. Ölkədə ilk dəfə 4 aydan sonra gündəlik yoluxma sayı 100-ü keçib.



Әlaqәli Xәbәrlәr