Ayasofyanın açılış mərasimi Qazaxıstan və Pakistan mediasında
Ayasofyanın məscid kimi ibadətə yenidən açılması Qazaxıstan mətbuatının diqqət mərkəzində olub.
Ayasofyanın məscid kimi ibadətə yenidən açılması Qazaxıstan mətbuatında geniş yer alıb.
Ölkənin yazılı və vizual orqanlarında yer alan xəbərlərdə Ayasofyada ilk cümə namazının qılındığı ifadə edilərək, 86 il sonra isə Prezident Rəcəb Tayyib Ərdoğan və Din İşləri üzrə İdarənin rəhbəri Əli Erbaş və hökumət üzvlərilə yanaşı minlərlə insanın iştirakı ilə namazın qılındığı qeyd olunub.
Dövlətin ən böyük tirajlı qəzeti olan "Egemen Kazakistan" qəzeti xəbəri "86 il sonra Ayasofiyadakı ilk cümə namazı" ifadəsi ilə oxuçulara çatdırdıqda, Qazaxıstan Dövlət Xəbər Agentliyi "KazAkparat" isə Ayasofyanın tarixini geniş işıqlandırıb.
Mövzuyla əlaqədar Qazaxıstan Milli televiziya kanallarının xəbərlərində Ərdoğanın "Ayasofya bütün bəşəriyyətin mədəniyyə irsi kimi hər dindən insanların gəlib gəzə biləcəyi bir yer" ifadəsinə diqqət çəkib.
Digər tərəfdən Pakistanın aparıcı tele kanalları da 86 il sonra ibadətə açılması ilə Ayasofyada qılınan ilk cümə namazına ciddi maraq yetirib.
Ölkənin ən böyük kanallarından "Geo News" başda olmaqla "ARY News", "GNN News", "24 News", "Samaa TV" və bir çox digər xəbər kanalları Ayasofiyada cümə namazını canlı olaraq yayımlayıblar.
Bundan əlavə, "Samaa TV" Din İşləri üzrə İdarənin başçısı Əli Erbaşın xütbəsini eyni vaxtda İngilis dilində tərcüməsi ilə izləyicilərin diqqətinə çatdırıb.
Әlaqәli Xәbәrlәr
ABŞ-da 380 min ev elektrik enerjisiz qalıb
Bu barədə ABŞ-ın Milli Qasırğa Mərkəzinin (NHC) yaydığı bəyanatda bildirilib