"Liviyaya müdaxilə" səlahiyyəti rəsmən müharibə elanıdır
Liviya Məclisi Misir prezidenti Əbdülfəttahın tapşırığı ilə "Liviyaya müdaxilə" səlahiyyəti verən qanunu təsdiqləyən Misir parlamentinə reaksiya verdi
Liviya Məclisi Misir prezidenti Əbdülfəttahın tapşırığı ilə "Liviyaya müdaxilə" səlahiyyəti verən qanunu təsdiqləyən Misir parlamentinə reaksiya verdi.
Liviya Məclisindən edilən yazılı şərhdə bildirilir: "Misir parlamentinin məclis qılığına bürünən (Tobruk Nümayəndələr Məclisi) və Liviya qəbilələrindən olduqlarını iddia edənlərin qeyri-qanuni dəvətinə “əsaslanan” qərarını tamamilə rədd edirik.
Bütün ölkələri Misir Məclisinin qərarını qınamağa çağırırıq.
Liviya hökuməti bu təhdidə siyasi və praktik olaraq cavab vermək üçün hazırlıqlıdır və uyğun qarşılığı vermək üçün hər variantı qiymətləndirəcək.
Liviya Misirin milli təhlükəsizliyini təhdid etmir ki, parlamenti hərbi müdaxilə fikrinə düşsün.”
Liviyanın daxili işlər naziri Fəthi Başağa Misir Məclisinin əs-Sisiyə "Liviyaya müdaxilə" səlahiyyəti verməsini "müharibə elanı" adlandırıb və “twitter”dən paylaşdığı şərhdə yazıb: "Misir parlamentinin silahlı qüvvələrini qərb sərhədinin xaricinə (Liviyaya) göndərmək üçün verdiyi qərar Liviyaya bir döyüş elanı, Ərəb Birliyi və Birləşmiş Millətlər Təşkilatı müqavilələrinin pozulmasıdır. Sərhədlərimiz daxilində xarici bir güc düşmən sayılır. Millətimizin suverenliyi, təhlükəsizliyi və azadlığını müdafiədən vaz keçməyəcəyik."