Yeni növ koronavirus qurbanlarının sayı artmaqda davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 611 mini keçib.

1458644
Yeni növ koronavirus qurbanlarının sayı artmaqda davam edir
SPR korona2.jpg
super korona brezilya.jpg

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 611 mini, virusa yoluxanların sayı 14 milyon 803 mini keçib, epidemiyadan sağalanların sayı isә 8 milyon 828 min olub.
ABŞ-dan sonra epidemiyadan ən çox təsirlənən ölkə Braziliyada  "Covid-19" səbəbiylə 79 min 590 adam həyatını itirib. Yoluxma  sayının 2 milyon 102 mindən çox olduğu ölkədə yoluxanlar arasında 2 nazir də var.
12 insan itkisinin olduğu Dominikan Respublikasında yoluxma sayı son 24 saatda min 101 artaraq 53 min 956-a çıxıb. 45 günlük fövqəladə vəziyyətin elan edildiyi ölkədəki şəhərlərdə fərqli vaxtlarda başlayan komendant saatları tətbiq ediləcək və ictimai yerlərdə maska taxmayanlar cərimələnəcəklər.
Fransada, son 3 gündə epidemiya səbəbiylə 25 nəfərin həyatını itirməsilə ölənlərin sayı 30 177--yə yüksəlib, virusa yoluxan insanların sayı son 24 saatda 350 artaraq 208 328-ə çıxıb. İyulun 20-dən etibarən xalqa açıq olan qapalı ərazilərdə maskalardan istifadə məcbur hala gətirilib. Buna əməl etməyənlər 135 avro cərimə olunacaqlar.

İngiltərədə son sutkada 580 "Covid-19"a yoluxma halı qeydə alınıb. Bununla da krallıqda ümumilikdə yoluxanların sayı 295 372-ə yüksəlib.

Qeyd edək ki, son 24 saat ərzində ölüm sayı açıqlanmayıb. İnsanların narahatlığını nəzərə alan hökumət ölənlərin sayı haqqında gündəlik statistikanın açıqlanmamasını tapşırıb.

Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində koronavirusdan 17 nəfər dünyasını dəyişib. 

Paytaxtda pandemiya dövründə yeni virusdan ölənlərin sayı 4331 nəfərə çatıb. 

Ümumilikdə, Moskvada 234 mindən çox yeni koronavirusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 170 918 nəfəri sağalıb.

Mərakeşdə yeni növ koronavirusdan 3 nəfər ölüb, 326 nəfər virusa yoluxub. Beləlikl, ölkədə həyat itkisi 276, yoluxma hallarının sayı 17 min 562-yə çıxıb.
Liviyadakı Xəstəliklərlə Mübarizə Milli Mərkəzindən edilən yazılı şərhə görə, "Covid-19" səbəbiylə daha bir nəfər həyatını itirib, 40 yeni hadisə qeyd edildi. Ölkədə virus qaynaqlı insan itkisi 49, yoluxma faktlarının sayı  min 980 olub.
Livanda həkim olduğu bildirilən koronavirus xəstəsi olan bir şəxsin öldüyü və 46 adamda virus aşkarlandığı bildirilib. Ölkədə insan itkisi 41-ə, yoluxma hallarının sayı 2 min 100-ə çatıb.
Cənubi Afrikada virus səbəbiylə son 24 saat ərzində 140 nəfərin ölümü ilə həyatını itirənlərin sayı 5 173-ə, yoluxmaların sayı isə 9 min 300-dən 373 min 628-ə yüksəlib.

Almaniyada yeni növ koronavirusa yoluxanların sayı artıb.

Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son 24 saatda yalnız 4 nəfər virusun qurbanı olub. Eyni dövr ərzində 522 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, ölkədə indiyədək 202 345 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 9 090 nəfər ölüb, 188 mindən çox pasiyent isə sağalıb.



Әlaqәli Xәbәrlәr