BMT Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

1458629
BMT Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

“Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

Dyujarrik vurğulayıb ki, baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. Bu iki ölkə arasında genişmiqyaslı qarşıdurma fəlakət olar.

Qeyd edək ki, Ermənistan ordusu iyulun 12-də Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərinə top mərmisi atışları da daxil hücuma cəhd etmiş, Azərbaycan ordusunun cavab atəşilə itkilər verərək geri çəkilmişdi. Toqquşmada Azərbaycan ordusundan biri leytenant olmaqla 4 əsgər şəhid olmuş, 4 əsgər yaralanmışdı.
Sonrakı günlərdə davam edən qarşıdurmalarda isə Azərbaycan ordusundan biri general-mayor olmaqla 8 əsgər şəhid olmuşdu.



Әlaqәli Xәbәrlәr