Dünya ölkələrində koronavirusla bağlı son vəziyyət necədir?

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 607 min 232-ni, virusa yoluxanların sayı 14 milyon 574 mini keçib.

1457911
Dünya ölkələrində koronavirusla bağlı son vəziyyət necədir?
süper slide corona dogu.jpg
SÜPER FOTO madagaskar koronavirüs
Süper Korona

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 607 min 232-ni, virusa yoluxanların sayı 14 milyon 574 mini keçib, epidemiyadan sağalanların sayı isә 8 milyon 699 min olub.
İraqda son 24 saat ərzində yeni növ koronavirus səbəbiylə 90 adam ölü, 2 min 310 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə, ölkə daxilində insan itkisi 3781-ə, yoluşmaların sayı 92 min 530-a yüksəlib.
İnfeksiyadan 778 adamın öldüyü, 36 mindən çox insanın virusa yoluxduğu Qərbi Afrika ölkəsi Nigeriyada xarici işlər naziri Geoffrey Onyeama da virus aşkarlanan arasındadır. Onyeama "Boğazımdakı qıcıqlanma səbəbiylə dünən dördüncü dəfə "Covid-19" testi keçirdim. Təəssüf ki, bu dəfə test nəticəm müsbət oldu. Həyat budur. Bəzən qazanırsan, bəzən isə itirirsən" deyib.

İtaliyada son 24 saat ərzində yeni növ koronavirus səbəbiylə 3 nəfər ölüb. Bununla da ölkədə virusdan ölənlərin sayı 35 min 45 olub.
Bu rəqəm ölkədə epidemiyanın görünməyə başladığı 23 fevraldan bəri qeydə alınan ən aşağı səviyyədir. 
Aktiv yoluxma sayının 12 min 440 olduğu ölkədə son bir gündə 218 yeni yoluxma halı qeydə alınıb.

Braziliyada son sutka ərzində daha 23 529 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 098 389 nəfər yoluxub. Bu müddət ərzində 79 488 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 716 nəfər olub.

Həmçinin bu günədək 1 371 229 xəstə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Braziliya C"Covid-19"  infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.

İngiltərədə son 24 saat ərzində 27 nəfər yeni növ koronavirusdan (Covid-19) ölüb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 45 300 nəfərə çatıb. Son gündə daha 726 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 294 792 koronavirusa yoluxma halı qeydə alınıb.



Әlaqәli Xәbәrlәr