Dünya Müsəlman Alimləri Birliyi Liviyadakı vəziyyətə münasibət bildirdi

Dünya Müsəlman Alimləri Birliyi Liviyadakı yeganə həll yolunun qanuni hökumətin dəstəklənməsinin olduğunu bildirib.

1457910
Dünya Müsəlman Alimləri Birliyi Liviyadakı vəziyyətə münasibət bildirdi

Dünya Müsəlman Alimləri Birliyi Liviyadakı yeganə həll yolunun qanuni hökumətin dəstəklənməsinin olduğunu bildirib.
Birliyin "Twitter" hesabından bəyanat verən baş katib Əli Əl-Qaradaği "Beynəlxalq səviyyədə tanınan qanuni hökumətin Liviya torpaqlarına nəzarət edən mülki bir hökumət olması üçün dəstəklənməsi yeganə həll yoludur" ifadəsini işlədib.
Liviya böhranında bəzi Avropa ölkələrini zidd mövqe tutmaqda günahlandıran Karadaği "Bu ölkələr Rusiyanın Liviyada olmasının əleyhinə olduqlarını iddia edirlər, lakin hərbi olaraq və muzdlu əsgərlər vasitəsilə Rusiya tərəfindən dəstəklənən və Rusiyanın bir layihəsi olan Hafterin yanında yer alırlar" deyib.
Qeyd edək ki, Rusiyanın Krımı qeyri-qanuni ilhaqı və Ukraynanın şərqindəki separatçı qruplara rəsmi Moskvanın verdiyi dəstək zamanı adı tez-tez gündəmə gələn Vaqner BMT-nin hesabatlarına görə, Liviyanın şərqindəki qanunsuz qüvvələrin başçısı Xəlifə Hafter üçün mübarizə aparır.



Әlaqәli Xәbәrlәr