Aİ ABŞ-ın Avropaya sanksiya qərarlarına qarşı qalxdı

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell ABŞ-ın Avropaya sanksiya qərarları ilə bağlı yazılı şərh verib

1457358
Aİ ABŞ-ın Avropaya sanksiya qərarlarına qarşı qalxdı

 

  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell ABŞ-ın Avropaya sanksiya qərarları ilə bağlı yazılı şərh verib.

  Şərhdə bildirilir: “ABŞ-ın öz sərhədləri xaricində sanksiya tətbiqi beynəlxalq hüquqa ziddir. Amerikanın Avropa ​​şirkətləri və mənfəətlərinə qarşı artan sanksiyalarından dərin narahatlıq duyuruq. İran, Kuba, Beynəlxalq Cəza Məhkəməsi, “Şimal Axını-2” və “Türk Axını” layihələrində bu irəliləyən prosesləri gördük. Qanun əsasında çalışan Avropa ​​şirkətlərinə üçüncü ölkələrin sanksiya haqqı yoxdur.

  Avropa siyasətlərini üçüncü ölkələr təyin edə bilməyəcək.

  Avropa İttifaqı siyasi fərqliliklərlə bağlı dialoqa açıqdır, amma sanksiya təhdidi altında görüş mümkün deyil”.



Әlaqәli Xәbәrlәr