ABŞ-da son 17 ildə üçüncü cinayətkar edam edildi

ABŞ-da son 17 il ərzində federal səviyyədə ölüm cəzasına məhkum olunan üçüncü cinayətkar edam edilib

1457324
ABŞ-da son 17 ildə üçüncü cinayətkar edam edildi

 

  ABŞ-da son 17 il ərzində federal səviyyədə ölüm cəzasına məhkum olunan üçüncü cinayətkar edam edilib.

  "Associated Press" agentliyinin 17 iyulda yaydığı məlumata görə, hökm İndiana ştatının Terre-Hot şəhərində yerləşən həbsxanada öldürücü inyeksiya vasitəsi ilə icra olunub.

  52 yaşlı Dastin Honken Ayova ştatında metamfetamin istehsalı və satışı üzrə cinayətkar qruplaşma təşkil etmək, həmçinin aralarında iki qız uşağı olmaqla, beş nəfəri qətlə yetirmək ittihamı ilə 2005-ci ildə ölüm cəzasına məhkum edilmişdi.

  Agentlik həmçinin xatırladır ki, üç nəfərin qətlində təqsirləndirilən Deniel Lüis Li iyulun 14-də, bir sıra ağır cinayətlər, o cümlədən iki qətl törətdiyinə görə ölüm cəzasına məhkum olunmuş Uesli Ayr Perki iyulun 16-da edam olunub. Buna qədər ABŞ federal hakimiyyəti sonuncu dəfə edam cəzasını 2003-cü ildə icra etmişdi. Həmin vaxtdan öldürücü inyeksiyanın tətbiqi qaydaları barədə razılıq əldə olunmadığı üçün onun istifadəsinə qeyri-formal moratorium qoyulmuşdu.



Әlaqәli Xәbәrlәr