Nepal, Banqladeş və Hindistanda təbii fəlakətlər yüzlərlə insanın həyatına bais olub

Cənubi Asiyada şiddətli musson yağışların yaratdığı sel, torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 221-ə yüksəldi

1456953
Nepal, Banqladeş və Hindistanda təbii fəlakətlər yüzlərlə insanın həyatına bais olub

 

  Cənubi Asiyada şiddətli musson yağışların yaratdığı sel, torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 221-ə yüksəldi.

  Səlahiyyətlilər musson yağmurlarının səbəb olduğu sel və torpaq sürüşmələrində Hindistanın Mumbai şəhərində daha 8 adamın cəsədinin tapılmasıyla ölkədəki ölü sayının 101-ə çıxdığını bildirib.

  Fəlakətin təsirli olduğu Nepalda 117, Banqladeşdə isə 3 adam həyatını itirib.

  Nepal, Banqladeş və Hindistanda sellərlə əlaqədar əhalinin 1 milyondan çoxu çxıılmaz vəziyyətdə qalıb, yüz minlərlə adam isə evlərini tərk etməyə məcbur olub.

  Səlahiyyətlilər Hindistanın Assam əyalətində şiddətli yağışların Brahmaputra çayının daşmasına səbəb olması ilə yaranan təbii fəlakətdən əyalətin 33 bölgəsindən 26-sında təxminən 3,6 milyon adamın təsirləndiyini bildirib.

  Nepal Daxili İşlər Nazirliyi ölkədə 12 iyundan başlanan musson yağışları fəlakətlərində 117 insanın həyatını itirdiyi, 126 nəfərin yaralandığı və 47 adamın isə itkin düşdüyü məlumatını verib.

  Banqladeş Fövqəladə Hallar Nazirliyindən edilən şərhdə ölkədə sellər nəticəsində keçən ayın sonundan bu yana 3 nəfərin öldüyü, 1 milyondan çox adamın isə çətin vəziyyətdə qaldığı bildirilib.



Әlaqәli Xәbәrlәr