Әfqanıstanda silahlı hücum,ölәnlәr var

Әfqanıstanın Kunduz vilayәtindә Taliban silahlılarının polis mәntәqәlәrinә tәşkil etdiyi hücumlar nәticәsindә 14 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

1454350
Әfqanıstanda silahlı hücum,ölәnlәr var

 

Әfqanıstanın Kunduz vilayәtindә Taliban silahlılarının polis mәntәqәlәrinә tәşkil etdiyi hücumlar nәticәsindә 14 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Qunduz Valiliyinin mәtbuat katibi Esmatullah Muradi silahlıların İmam Sahip vә Çardere qәsәbәlәrindәki hәrbi vә polis mәntәqәlәrә silahlı hücumlar etdiyini açıqlayıb.

Hücumlar nәticәsindә 14 tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğunu, 2 tәhlükәsizlik xidmәti әmәkdaşının da yaralandığını ifadә edәn Muradi hücumdan sonra baş verәn qarşıdurmada 3 silahlının öldürüldüyünü, 4-nün dә yaralandığını qeyd edib.

Talibanın verdiyi açıqlamada isә hücumlarda 19 tәhlükәsizlik xidmәti әmәkdaşının öldüyünü iddia edib.

Digәr tәrәfdәn Samanqan vilayәtindәki Kәşfiyyat İdarәsinin binasına edilәn hücumda ilkin mәlumatlara görә 43 nәfәr yaralanıb.

Bu barәdә Samanqan Valiliyinin mәtbuat katibi Sıddık Әzizi mәlumat verib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr