Qǝrb ölkǝlǝrindǝ ‘‘Covid-19’’la bağlı son vǝziyyǝt (10 iyul)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 12  milyonu, epidemiyadan sağalanların sayı da 7 milyonu keçib.

1452539
Qǝrb ölkǝlǝrindǝ ‘‘Covid-19’’la bağlı son vǝziyyǝt (10 iyul)
super koronavirus.jpg
Korona.jpg

 

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 12  milyonu, epidemiyadan sağalanların sayı da 7 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 135 mini, yoluxanların sayı isә  3 milyonu  keçib.  

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün ǝrzindǝ 1220 artaraq  69 min 254-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı da 1 milyon 758 min 103-ǝ çatıb.

Meksikada koronavirus qurbanlarının sayı gün ǝrzindǝ 730 artaraq  33  min 526-ya  çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 282  min 283-ǝ yüksәlib.

Epidemiyanın avropadakı mәrkәzi olan İngiltәrәdә koronavirusdan gün әrzindә daha 85  nәfәr hәyatını itirib. Belәliklә ölkәdә bu günәdәk virusdan vәfat edәnlәrin sayı 44 min 602-yǝ  çatıb. Ölkәdә virusa yoluxanların sayı da 642  artaraq 287 min 621-ǝ  yüksәlib.

Fransada epidemiya qurbanlarının sayı gün  әrzindә 14  artaraq 29 min 979-a, infeksiyaya yoluxanların sayı isә 621 artaraq 205 min 246-ya yüksәlib.

İtaliyada koronavirus qurbanlarının sayı gün ǝrzindǝ 12 artaraq 34 min 926-ya yüksǝlib. Ölkǝdǝ virusa yoluxanların sayı isǝ 13 min 459-a enib. Mǝlumata görǝ, ölkǝdǝ  gün ǝrzindǝ virusa yoluxanların sayı 229-a çatıb.

İspaniyada epidemiya sǝbǝbindǝn hǝyatını itirǝnlǝrin sayı bir hǝftǝ ǝrzindǝ 10 artaraq 28 min 401-ǝ, epidemiyaya yoluxanların sayı isǝ 241 artaraq 253 min 56-ya çatıb.

Portuqaliyada koronavirusdan ölǝnlǝrin sayı gün ǝrzindǝ 13 artaraq 1644-ǝ çatıb. Ölkǝdǝ virusa yoluxanların sayı da 418 artaraq 45 min 277-yǝ yüksǝlib.

Digǝr ölkǝlǝrdǝ isǝ vǝziyyǝt belǝdir:

Peruda koronavirusdan vǝfat edǝnlǝrin sayı 11 mini, Belçikada 9 mini, Almaniyada 9 mini, Kanadada 8 mini, Çilidǝ 6 mini, Hollandiyada 6 mini, İsveçdǝ 5 mini, Ekvadorda 4 mini, Kolumbiyada 4 mini vǝ Argentinada mini keçib.



Әlaqәli Xәbәrlәr