Ağ Evdǝ ABŞ vǝ Meksika prezidentilǝrinin görüşü olub

Amerika Birlǝşim Ştatları prezidenti Donald Tramp ölkǝsi ilǝ Kanada vǝ Meksika arasında ǝldǝ olunan  Şimali Amerika azad ticarǝt zonası haqqında sazişi ‘‘trixin ǝn pis sazişi’’ adlandırıb.

1451892

Donald Tramp vǝ Meksika dövlǝt başçısı Manuel Lopez Obrador Ağ Evdǝ keçirdiklǝri ikitǝrǝfli görüşdǝn sonra iki ölkǝ arasında dostluq bǝyannamǝsinǝ imza atıblar.

ABŞ ilǝ Meksika arasındaki münasibǝtin heç olmadığı qǝdǝr yaxşı olduğunu deyǝn Donald Tramp ABŞ, Meksika vǝ Kanada arasında ǝldǝ olunan vǝ iyulun 1-dǝ qüvvǝyǝ minǝn sazişǝ toxunaraq Kanada Baş naziri Castin Trudo ilǝ görüşǝcǝyini bildirib.

ABŞ, Kanada vǝ Meksika arasında daha ǝvvǝl ǝldǝ olunan  Şimali Amerika azad ticarǝt zonası haqqında sazişin ‘‘trixin ǝn pis sazişi’’ olduğunu bildirǝn Tramp ǝldǝ olunan yeni sazişin beynǝlxalq sǝviyyǝdǝ ǝldǝ olunan ǝn yaxşı saziş olduğunu deyib.

Әlaqәli Xәbәrlәr