Koronavirusa yoluxanların sayı 11 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11 milyonu, epidemiyadan sağalanların sayı da 6 milyonu keçib.

1451132
Koronavirusa  yoluxanların sayı 11 milyonu keçib
super korona brezilya.jpg
Süper Korona

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11  milyonu, epidemiyadan sağalanların sayı da 6 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 133 mini, yoluxanların sayı isә  3 milyonu  keçib.  ABŞ prezidenti Donald Tramp payızda mәktәblәrin açılması üçün ştatların merlәrinә tәzyiq göstәrәcәyini bildirib.

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 1254 artaraq 66 min 741-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı da 45  min 305  artaraq 1 milyon 674  min 655-ә çatıb. Ölkǝ prezidenti Bolsonaro onda epidemiyanın ǝlamǝtlǝrinin olduğunu demişdi. Bolsonaronun epidemiyaya yoluxduğu bildirilib.

Meksikada koronavirus qurbanlarının sayı gün әrzindә 895  artaraq 32  min 14-ә çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 268  min 8-ǝ yüksәlib.

Argentinada koronavirus qurbanlarının sayı gün әrzindә 62 nәfәrә çatıb. Ölkәdә indiyәdәk virusdan vәfat edәnlәrin 1644-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı da 83 mini keçib.

Epidemiyanın avropadakı mәrkәzi olan İngiltәrәdә koronavirusdan gün әrzindә daha 155  nәfәr hәyatını itirib. Belәliklә ölkәdә bu günәdәk virusdan vәfat edәnlәrin sayı 44 min 391-ә  çatıb. Ölkәdә virusa yoluxanların sayı da 581 artaraq 286 min 349-a  yüksәlib.

İtaliyada yeni növ koronavirus epidemiyasından  hәyatını itirәnlәrin sayı gün әrzindә 30  artaraq 34 min 899-a  yüksәlib. Ölkәdә epidemiyaya yoluxanların ümumi sayı 14  min 242-yә enib.

Fransada epidemiya qurbanlarının sayı 3 gün  әrzindә 13  artaraq 29 min 933-ә, infeksiyaya yoluxanların sayı isә 475  artaraq 203 min 962-yә yüksәlib.

Serbiyada koronavirus qurbanlarının sayı gün әrzindә 13 artaraq 330-a yüksәlib. Ölkәdә epidemiyaya yoluxanların sayı 16 mini keçib.

Digәr ölkәlәr dә isә vәziyyәt belәdir:

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı 28 mini, Belçikada 9 mini, Almaniyada 9 mini, Kanadada 8 mini, Çilidә 6 mini, Hollandiyada 6 mini, İsveçdә 5 mini vә Kolumbiyada 4 mini keçib.



Әlaqәli Xәbәrlәr