Hafterin adamlarına aid işgəncə zindanları ortaya çıxdı

Trablus mərkəzli "February" televiziyası Tərhunədə Hafter milisləri tərəfindən istifadə edilən, onlara müxalifət olanların həbs edildiyi, təkcə bir nəfərin otura biləcəyi yüksəklikdə və dəmir qapılı zindanların görüntülərini yayıb

1451363
Hafterin adamlarına aid işgəncə zindanları ortaya çıxdı

 

  Liviyanın Tərhunə şəhərində ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafterin milislərinə aid işgəncə zindanları ortaya çıxdı.

  Trablus mərkəzli "February" televiziyası Tərhunədə Hafter milisləri tərəfindən istifadə edilən, onlara müxalifət olanların həbs edildiyi, təkcə bir nəfərin otura biləcəyi yüksəklikdə və dəmir qapılı zindanların görüntülərini yayıb.

  Zindanların "insan sobaları" adlandırıldığı xəbərdə bu hücrələrin üst tərəflərində atəş yandırılaraq içəridəki məhbuslara istiyə məruz qoymaqla işgəncə edildiyi deyilir.

  Sözügedən zindanların Hafter milislərinə bağlı Qanı qəbiləsi adamlarına aid olduğuna bildirilən xəbərdən Liviya xalqı dəhşətə gəlib. Belə ki, liviyalılar sosial mediadan paylaşılan görüntülərinə reaksiya verərək Hafterin zindanlarını “Hitlerin yəhudi toplama düşərgələri”nə bənzədib, Hafter milislərinin etdiyi hərəkətləri "holokost" adlandırıblar.

  Qeyd edək ki, Liviya Xarici İşlər Nazirliyi 7 iyulda etdiyi şərhdə Beynəlxalq Cəza Məhkəməsinin Hafterə bağlı milislərin Trablusun cənubu və Tərhunədəki döyüş cinayətlərini araşdırmaq üzrə ölkəyə araşdırma heyəti göndərəcəyi bildirib.

  BMT Hafter milislərinin Trablusun cənubuna döşədiyi minalar səbəbindən 138 ölü və yaralı olduğunu açıqlayıb.

  Liviya ordusu 5 iyunda Tərhunəni Hafter milislərindən təmizləyərək şəhərdə nəzarəti təmin edib.



Әlaqәli Xәbәrlәr