Әfqanıstanda minalanmış avtomobil ilә hücum törәdilib, ölәnlәr var

Bu barәdә Qәndahar Valiliyinin sözçüsü Bahir Ahmadi mәlumat verib.

1451246
Әfqanıstanda minalanmış avtomobil ilә hücum törәdilib, ölәnlәr var

 

Әfqanıstanın Qәndahar vilayәtinin Şahveli Kot qәsәbәsindәki Polis İdarәsinә tәşkil edilәn hücum nәticәsindә 3 polis әmәkdaşı hәlak olub.

Bu barәdә Qәndahar Valiliyinin sözçüsü Bahir Ahmadi mәlumat verib. Mәlumata görә, hücum minalanmış avtomobil ilә törәdilib. Ahmadi hücum zamanı 14 nәfәrin dә yaralandığını deyib.

Hücum nәticәsindә әtrafdakı binalara da ciddi ziyan dәyib. Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr