Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt (7 iyul)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11  milyonu, epidemiyadan sağalanların sayı da 6 milyonu keçib.

1450285
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt (7 iyul)
SÜPER FOTO madagaskar koronavirüs
super korona brezilya.jpg

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11  milyonu, epidemiyadan sağalanların sayı da 6 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 132 mini, yoluxanların sayı isә  3 milyonu  keçib. Dünǝn Missisipi ştatının Nümayәndәlәr Mәclisinin sәdri Filip Qunun koronavirusa yoluxduğu bildirilmişdi.

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 620 artaraq 65 min 487-yǝ yüksәlib. Ölkәdә virusa yoluxanların sayı da 20   min 229  artaraq 1 milyon 623 min 284-ә çatıb. Ölkǝ prezidenti Bolsonaro onda epidemiyanın ǝlamǝtlǝrinin olduğunu deyib. O, yenidǝn koronavirus testi verǝcǝyini söylǝyib.

Meksikada koronavirus qurbanlarının sayı gün әrzindә 480  artaraq 31  min 119-za çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 261  min 750-yǝ yüksәlib.

Epidemiyanın avropadakı mәrkәzi olan İngiltәrәdә koronavirusdan gün әrzindә daha 16  nәfәr hәyatını itirib. Belәliklә ölkәdә bu günәdәk virusdan vәfat edәnlәrin sayı 44 min 236-ya  çatıb. Ölkәdә virusa yoluxanların sayı da 352 artaraq 285  min 768-ǝ  yüksәlib.

İspaniyada koronavirus qurbanlarının sayı 28 min 388-ǝ yüksǝlib. Ölkǝdǝ gün ǝrzindǝ 178 nǝfǝr dǝ koronavirusa yoluxub. Ölkǝdǝ infeksiyaya tutulanların ümumi sayı 251 min 789-a çatıb.

Belçikada koronavirus qurbanlarının sayı 9 min 774-ǝ, infeksiyaya yoluxanların sayı da 62 min 58-ǝ yüksǝlib.

Argentinada koronavirusdan  vǝfat edǝnlǝrin sayı gün ǝrzindǝ 75 artaraq 1582-yǝ. Ölkǝdǝ virusa yoluxanların sayı 2 min 632 artaraq 80 min 447-yǝ çatıb.

Avstriyanın Melburn şǝhǝrindǝ daha 191 nǝfǝr koronavirusa yoluxub.Ölkǝdǝ indiyǝdǝk virus sǝbǝbindǝn vǝfat edǝnlǝrin sayı 106-ya, infeksiyaya yoluxanların sayı da 8 min 755-ǝ.



Әlaqәli Xәbәrlәr