Polşada homoseksuallara övladlığa uşaq götürmə qadağan edildi

Ancej Duda uşaqların Polşa konstitusiyasında xüsusi yerə sahib olduğunu vurğulayaraq bu səbəbdən homoseksuallar tərəfindən övladlığa götürmə mövzusuna diqqət yetirdiklərini bildirib

1450239
Polşada homoseksuallara övladlığa uşaq götürmə qadağan edildi

 

  Polşa prezidenti Ancey Duda (Andrzej Duda) homoseksualların övladlığa uşaq götürməsini qadağan edən qanunu imzaladığını açıqladı.

  Ancey Duda uşaqların Polşa konstitusiyasında xüsusi yerə sahib olduğunu vurğulayaraq bu səbəbdən homoseksuallar tərəfindən övladlığa götürmə mövzusuna diqqət yetirdiklərini bildirib.

  İmzalanan qanuna görə, yalnız konstitusiyada yazılan evlilik qaydaları çərçivəsində, bir qadın və bir kişidən ibarət cütlüklərin övladlığa uşaq götürmə haqqı var.

  Homoseksualların övladlığa uşaq götürməsini qadağan edən bu qanuna əsasən, tək yaşayan adamlar isə yalnız məhkəmələr tərəfindən verilən qərardan sonra övlad götürə bilər.

  Qanunun parlamentdən keçməsi və qüvvəyə minməsi 3-də 2 səs alması lazımdır.



Әlaqәli Xәbәrlәr