Jasmina Kurik Rǝcǝb Tayyib Әrdoğana tǝşǝkkür edib

Serbiyadakı Bosniya vǝ Herseqovina Milli Şurasının sǝdri Jasmina Kurik Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğana tǝşǝkkür edib.

1450617
Jasmina Kurik Rǝcǝb Tayyib Әrdoğana tǝşǝkkür edib

 

Serbiyadakı Bosniya vǝ Herseqovina Milli Şurasının sǝdri Jasmina Kurik Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğana tǝşǝkkür edib.

Kurikin prezident Әrdoğana ünvanladığı mǝktubda deyilir: ‘‘Göndǝrdiyiniz tibbi lǝvazimat, dǝrman vǝ avadanlıq bölgǝ xalqı üçün hǝyati ǝhǝmiyyat daşıyır.’’.

Kurik bildirib ki, bu hǝmrǝylik Sancak xalqı ilǝ Türkiyǝdǝki Sancak ǝsilli bosniyalıların Türkiyǝ, Serbiya vǝ Monteneqro arasında sarsılmaz bir körpü olduğunu bir daha göstǝrib. Göndǝrilǝn tibbi lǝvazimat Türkiyǝnin yardıma  ehtiyacı olan ölkǝlǝrlǝ hǝmrǝy olduğunun göstǝricisidir.

Sancak bölgǝsinǝ göndǝrilǝn tibbi lǝvazimatın ‘‘Covid-19’’ epidemiyasının mǝnfi tǝsirlǝrini azaldacağını bildirǝn Kurik Türkiyǝ prezidentinǝ tǝşǝkkür edib.

Qeyd edǝk ki, Jasmina Kurik Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğana mǝktub ünvanlayaraq ondan koronavirusla mübarizǝ çǝrçivǝsindǝ yardım istǝmişdi.

Türkiyǝ prezident Rǝcǝb Tayyib Әrdoğanın tǝlimatı ilǝ iyulun 4-dǝ Sancak bölgǝsinǝ tibbi lǝvazimat göndǝrmişdi.



Әlaqәli Xәbәrlәr