Almaniya deputatları Türkiyǝ ilǝ turizmin normallaşmasını dǝstǝklǝyir

Almaniyadakı hakim koalisiya partiyalarının xarici siyasət mǝsǝlǝlǝri üzrǝ sözçülǝri turizmin canlanması üçün Türkiyǝ ilǝ aparılan danışıqlara dəstək verdi.

1450642
Almaniya deputatları Türkiyǝ ilǝ turizmin normallaşmasını dǝstǝklǝyir

 

Almaniyadakı hakim koalisiya partiyalarının xarici siyasət mǝsǝlǝlǝri üzrǝ sözçülǝri turizmin canlanması üçün Türkiyǝ ilǝ aparılan danışıqlara dəstək verdi.

Sosial Demokrat Partiyasının xarici siyasət mǝsǝlǝlǝri üzrǝ sözçüsü Nils Şmid, Xristian Demokratik Birlik Partiyasının  və Xristian Sosial Birlik Partiyasının xarici siyasət mǝsǝlǝlǝri üzrǝ sözçüsü Jürgen Hardt ilə Ədalət və İnkişaf  Partiyasının sǝdr müavini  Cevdet Yılmaz Berlindǝ keçirilǝn bir yığıncaqda gündǝmdǝki mǝsǝlǝlǝri  qiymǝtlǝndiriblǝr.

Yığıncaqda çıxış edǝn  Şmid Aİ-Türkiyə arasındakı əlaqələrin inkişaf edǝcǝyinǝ ümid etdiyini ifadǝ edib. Şmid deyib: ‘‘Ümid edirǝm ki, bu yay Türkiyǝyǝ sǝyahǝt edǝ bilǝcǝyǝm. Bǝlkǝ bir vǝ ya iki hǝftǝ ǝrzindǝ sǝyahǝtlǝ bağlı edilǝn xǝbǝrdarlıqlarda bǝzi dǝyişikliklǝr görǝ bilǝrik’’.

Xristian Demokratik Birlik Partiyasının xarici siyasət mǝsǝlǝlǝri üzrǝ sözçüsü Jürgen Hardt isǝ öz növbǝsindǝ Almaniya ilǝ Türkiyǝ arasında turizm sahǝsi ilǝ bağlı aparılan danışıqlarda müsbǝt irǝlilǝyişin ǝldǝ edilǝcǝyinǝ ümidvar olduğunu deyib.

Yığıncaqda çıxış edǝn Ədalət və İnkişaf  Partiyasının sǝdr müavini  Cevdet Yılmaz da Avropa ittifaqının dönǝm sǝdri olan Almaniyaya uğurlar arzulayıb.

Yılmaz deyib: ‘‘Bu dövrdǝ Aİ-Türkiyǝ münasibǝtlǝrin daha da yüksǝk sǝviyyǝyǝ çatacağına imid edirǝm’’.  



Әlaqәli Xәbәrlәr