Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt (6 iyul)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11 milyonu, epidemiyadan sağalanların sayı da 6 milyonu keçib.

1449785
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt (6 iyul)
koronavirus.jpg
Turkiye koronavirus.jpg

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11  milyonu, epidemiyadan sağalanların sayı da 6 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 132 mini, yoluxanların sayı isә  2 milyon 980  mini keçib. Missisipi ştatının Nümayәndәlәr Mәclisinin sәdri Filip Qunun koronavirusa yoluxduğu bildirilib.

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 602 artaraq 64 min 867-ә yüksәlib.Ölkәdә virusa yoluxanların sayı da 26   min 51  artaraq 1 milyon 603 min 55-ә çatıb.

Meksikada koronavirus qurbanlarının sayı gün әrzindә 273  artaraq 30  min 639-a çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 256  min 848--ә yüksәlib.

Epidemiyanın avropadakı mәrkәzi olan İngiltәrәdә koronavirusdan gün әrzindә daha 22  nәfәr hәyatını itirib. Belәliklә ölkәdә bu günәdәk virusdan vәfat edәnlәrin sayı 44 min 220-yә çatıb. Ölkәdә virusa yoluxanların sayı da 516  artaraq 285  min 416-ya yüksәlib.

Digәr ölkәlәrdә isә vәziyyәt belәdir:

İtaliyada koronavirusdan ölәnlәrin sayı 34 mini, Fransada 29 mini, İspaniyada 28 mini, Belçikada 9 mini, Almaniyada 9 mini, Kanadada 8 mini, Çilidә 6 mini, Hollandiyada 6 mini, İsveçdә 5 mini, Kolumbiyada 4 mini vә Argentinada mini keçib.



Әlaqәli Xәbәrlәr