Nikhil Set Volkan Bozkırın BMT Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsi ilә bağlı bәyanat verib

Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini Nikhil Set Volkan Bozkırın BMT-nin 75-ci Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsi ilә bağlı deyib: ‘‘Volkan Bozkır BMT üçün çox kritik hesab edilәn bir ildә BMT Baş Mәclisinә sәdrlik edәcәk''.

1449910
Nikhil Set Volkan Bozkırın BMT Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsi ilә bağlı bәyanat verib
Volkan Bozkır.jpg

 

 

Birləşmiş Millətlər Təşkilatının  baş katibinin müavini Nikhil Set Volkan Bozkırın  BMT-nin 75-ci Baş Mәclisinin  sәdri vәzifәsinә seçilmәsi ilә bağlı deyib: ‘‘Volkan Bozkır BMT üçün çox kritik hesab edilәn bir ildә BMT Baş Mәclisinә sәdrlik edәcәk''.

Ölkәlәr arasında etimad yaradılmasının hәr zaman olduğu kimi irәlilәmәk üçün indi dә doğru bir addım olduğunu vurğulayan  Nikhil Set bildirib ki, sәfir Volkan Bozkır yalnız hökumәtlәr ilә deyil, gәnclәr, müәssisәlәr, akademiyalar, qadın qrupları, yerli xalqlar, yaşlılar vә әlillәr ilә әlaqә yaratmalıdır.

Nikhil Set Türkiyә kimi ölkәlәrin miqrant vә qaçqınlara qucaq açması ilә bağlı deyib: ‘‘ Qaçqınların ehtiyacları  xüsusən də Türkiyə kimi ev sahibi ölkələrin və cəmiyyətlərin milli sistemlərinə və qaynaqlarına təzyiqlər edir.  Türkiyə hökuməti  Türkiyədəki miqrant vә qaçqınları müdafiə  və onlara  kömək etmәyә  davam edir’’.



Әlaqәli Xәbәrlәr