Corc Floydun ölümü ilə bağlı polis məmurlarının hamısı buraxıldı

Amerika Birləşmiş Ştatlarında Afrika əsilli Corc Floydun (George Floyd) ölümü ilə əlaqədar həbs olunan polis məmurlarının hamısı zəmanətlə azadlığa buraxıldı

1449765
Corc Floydun ölümü ilə bağlı polis məmurlarının hamısı buraxıldı

 

  Amerika Birləşmiş Ştatlarında Afrika əsilli Corc Floydun (George Floyd) ölümü ilə əlaqədar həbs olunan polis məmurlarının hamısı zəmanətlə azadlığa buraxıldı.

  Minnesotada Hennepin nəzarətxanasında Corc Floydu tutarkən ölümünə səbəb olan Derek Şoven (Derek Chauvin) və hadisəyə laqeyd yanaşan Tı Tao (Tou Thao) zəmanətlə sərbəst buraxılıb.

  “Star Tribune” adlı yerli qəzetdə yazılan xəbərə görə, 34 yaşlı Tao iyulun 4-də 750 min dollar qarşılığında azad edilib.

  4 iyulda ABŞ-ın Müstəqillik Günü (İndependence Day) münasibətilə sərbəst buraxılan polis məmuru Tı Taonun 11 sentyabr məhkəməyə çıxarılacaq.  

  Corc Floydun 25 mayda öldürülməsində günahkar olan və vəzifələrindən uzaqlaşdırılan 4 polis məmurundan J.Aleksandr Kuenq və Tomas Leyn isə keçən ay 750 min dollarlıq zəmanətlə sərbəst buraxılmışdı.



Әlaqәli Xәbәrlәr