Hindistanın bir əyaləti it əti satışını qadağan etdi

“The İndian Express” qəzetində yazılana görə

1449104
Hindistanın bir əyaləti it əti satışını qadağan etdi

 

  Hindistanın şimal-şərqindəki Naqaland əyalətində it əti satışı qadağan edildi.

  “The İndian Express” qəzetində yazılana görə, əyalət katibi Temjen Yeşil əyalət hökumətinin yemək məqsədli it ticarətinin dayandırılmasına, it bazarlarının, bişmiş və bişməmiş it əti satışının qadağan edilməsinə qərar verdiyini bildirib.

  Qeyd edək ki, Hindistanın şimal-şərqindəki əyalətlərdə it əti ənənəvi olaraq istehlak edilir. Buna görə Naqalanddakı bir sıra qeyri-hökumət təşkilatları qərara əks reaksiya verib. Heyvan haqqları müdafiəçisi Beynəlxalq Mədəni Cəmiyyət – HSİ təşkilatı isə hökumətin bu addımını müsbət qarşılayıb. HSİ bildirib ki, Naqalandda hər il 30 min it bazarlarda satılması üzrə oğurlanırdı. Mizoram, Tripura və Arunachal Pradeş kimi ölkənin şimal-şərqindəki əyalətlərdə də hər il minlərlə it evlərdən oğurlanaraq və ya küçələrdə tutularaq bazarlara aparılırmış.



Әlaqәli Xәbәrlәr