Türkiyәdә sәfәrdә olan Ukrayna XİN rәhbәri jurnalistlәrә bәyanatlar verib

Ukrayna xarici işlәr naziri Dmitro Kuleba bildirib ki, Türkiyә turistlәr üçün lazımi qabaqlayıcı tәdbirlәr görüb.

1448673
Türkiyәdә sәfәrdә olan Ukrayna XİN rәhbәri jurnalistlәrә bәyanatlar verib

 

Ukrayna xarici işlәr naziri Dmitro Kuleba bildirib ki, Türkiyә turistlәr üçün lazımi qabaqlayıcı tәdbirlәr görüb. Mәn bunun şahidi oldum.

Ukrayna xarici işlәr naziri Dmitro Kuleba Antalyanın Serik qәsәbәsindәki Belek Turizm Mәrkәzindәki hotellәrin birindә keçirilәn Türkiyә-Ukrayna Ortaq  Strateji Planlama Qrupunun VIII yığıncağında türkiyәli hәmkarı Mövlud Çavuşoğlu ilә bir araya gәlib.

Dmitro Kuleba görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında jurnalistlәrin suallarını cavablandırıb.

‘‘Ukraynalı turistlәr Türkiyәyә gәlmәyә başladılar. Türkiyә turistlәr üçün  lazımi qabaqlayıcı tәdbirlәr görüb. Mәn dә görülәn tәdbirlәrin şahidi oldum. Türkiyәli hәmkarımın dediyi kimi hәr şeyin doğru olduğunu özüm gördüm’’,-deyә Ukraynanın xarici işlәr naziri qeyd edib.

İki ölkә arasındakı ticarәt hәcminin çox yaxşı sәviyyәdә olduğunu vurğulayan Kuleba Ukraynada Türk mәhsullarının asanlıqla tapıla bilәcәyini dә dilә gәtirib.



Әlaqәli Xәbәrlәr