Koronavirus qurbanlarının sayı 500 mini keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11 milyonu, epidemiyadan sağalanların sayı da 6 milyonu keçib.

1448677
Koronavirus qurbanlarının sayı 500 mini keçib
abd koronavirus.jpg
Azerbaycan-korona

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 11  milyonu, epidemiyadan sağalanların sayı da 6  milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 132 mini, yoluxanların sayı isә  2 milyon 876 mini keçib.

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 1290  artaraq 63 min 254-ә yüksәlib.Ölkәdә virusa yoluxanların sayı da 42  min 223  artaraq 1 milyon 543  min 221-ә çatıb.

Meksikada koronavirus qurbanlarının sayı gün әrzindә 654 artaraq 29 min 843-ә çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 245 min 251-ә yüksәlib.

Epidemiyanın avropadakı mәrkәzi olan İngiltәrәdә koronavirusdan gün әrzindә daha 137  nәfәr hәyatını itirib. Belәliklә ölkәdә bu günәdәk virusdan vәfat edәnlәrin sayı 44 min 131-ә çatıb. Ölkәdә virusa yoluxanların sayı da 544  artaraq 284  min 276-ya  yüksәlib.

Fransada epidemiya qurbanlarının sayı  gün  әrzindә 18  artaraq 29 min 893-ә, infeksiyaya yoluxanların sayı isә 582  artaraq 203  min 311-ә yüksәlib.

İspaniyada son bir hәftә әrzindә yeni növ koronavirusdan 21  nәfәrin dә vәfat etmәsi ilә ölkәdә epidmiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 28 min 385-ә  yüksәlib. İspaniya Sәhiyyә Nazirliyi gün әrzindә 174  nәfәrin dә virusa yoluxması ilә tutulanların ümumi sayının 250   min 545-ә çatdığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr