İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә yeddi fәlәstinli xәsarәt alıb

Şәrqi Qüdsdә İsrail әsgәrlәri ilә fәlәstinli gәnclәr arasında yaşanan qarşıdurma zamanı biri hәqiqi güllә ilә olmaqla 7 fәlәstinli xәsarәt alıb.

1448907

Fәlәstin Qızıl Aypara Cәmiyyәtindәn verilәn açıqlamada İsrail әsgәrlәrinin Ebu Diys mәhәllәsinә basqın tәşkil etdiyi bildirilib.

Basqına reaksiya göstәrәn fәlәstinli gәnclәr ilә İsrail әsgәrlәri arasında qarşıdurma yaşanıb. İsrail әsgәrlәrinin fәlәstinlilәrә gözyaşardıcı qaz, sәs bombası vә hәqiqi ilә rezin güllә ilә müdaxilә etdiyi bildirilib. Müdaxilә zamanı 7 fәlәstinli yaralanıb, çox sayda fәlәstinli dә gözyaşardıcı qazdan zәhәrlәnib.

İsrail әsgәrlәri Ebu Deys vә Ayzeriyyә mәhәllәlәrindә müxtәlif iddialar irәli sürәrәk әmәliyyatlar keçirir. Әmәliyyatlar zamanı fәlәstinli gәnclәr ilә İsrail әsgәrlәri arasında qarşıdurma yaşanır.

Әlaqәli Xәbәrlәr