Yunanıstanda etiraz aksiyası keçirilib

Yunanıstanın çox sayda şәhәrindә hökumәtin etiraz aksiyaları ilә bağlı qüvvәyә mindirmәk istәdiyi qanun layihәsi ilә bağlı etiraz aksiyası keçirilib.

1448166
Yunanıstanda  etiraz aksiyası keçirilib

 

Yunanıstanın  çox sayda şәhәrindә hökumәtin etiraz aksiyaları ilә bağlı qüvvәyә mindirmәk istәdiyi qanun layihәsi ilә bağlı etiraz aksiyası keçirilib.

Yunanıstan Kommunist Partiyasının çağırışı ilә paytaxt Afinadakı Olimpiya Meydanında toplanan aksiyaçılar ‘‘Yunanıstan polis dövlәti olmasın’’ şüarını sәslәndiriblәr. Aksiyaçılar parlament binasının yerlәşdiyi Sintaqma Meydanınadәk yürüş edib.

Etiraz aksiyası zamanı çıxış edәn aksiyaçılar Yunanıstanda әn son xunta rejimi dövründә etiraz aksiyaları ilә bağlı mәhdudiyyәtlәrin olduğu vurğulanıb.

Buna oxşar aksiyalar ölkәnin digәr şәhәrlәrindә dә keçirilib.

Parlamentә tәqdim edilәn qanun layihәsi qadağan edilәn etiraz aksiyalarına qatılanlara bir il, problem yaradan nümayişçilәrin dә 2 il azadlıqdan mәhrum edilmәsini nәzәrdә tutur.

Qeyd edәk ki, iyulun 10-dәk  qanun layihәsi ilә bağlı sәsvermәnin keçirilmәsi gözlәnilir.



Әlaqәli Xәbәrlәr