Terhunedәki kütlәvi mәzarlarda daha altı nәfәrin cәsәdi aşkar edilib

Liviya ordusunun iyunun 5-dә ölkәnin şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәrdәn tәmizlәdiyi Terhune şәhәrindәki kütlәvi mәzarlıqda daha 6 nәfәrin cәsәdi aşkar edilib.

1448145

Bu barәdә Liviya hökumәtinә tabe olan  vә bölgәdә axtarış işlәri aparan agentlik mәlumat verib. Mәlumata görә, Terhunenin cәnubundakı Әr-Rabıtda aparılan qazıntı işlәri zamanı daha 6 nәfәrin cәsәdi aşkar edilib. Mәlumatda qeyd olunub ki, bu günәdәk hәmin bölgәdә 30 nәfәrin cәsәdi aşkar edilib.

Liviya ordusu silahlılardan tәmizlәnәn Terhune şәhәrindә 11 kütlәvi mәzarlıq aşkar etmişdi.

Beynәlxaq Cinayәt Mәhkәmәsinin iyunun 22-dә verdiyi bәyanatda Terhune vә әtrafında 11 kütlәvi mәzarlığın aşkar edildiyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr