Malidә namәlum şәxslәr 32 kәndlini qәtlә yetirib

Malinin mәrkәzindәki Mopti bölgәsindәki Doqon kәndindә namәlum şәxslәr tәrәfindәn törәdilәn silahlı hücum nәticәsindә 32 nәfәr hәlak olub.

1448547
Malidә namәlum şәxslәr 32 kәndlini qәtlә yetirib

 

Malinin mәrkәzindәki Mopti bölgәsindәki  Doqon kәndindә namәlum şәxslәr tәrәfindәn törәdilәn silahlı hücum nәticәsindә 32 nәfәr hәlak olub.

Bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb. Mәlumata görә, hücum iyulun 1-dә Bankass bölgәsinin Doqon kәndindә törәdilib.

Mәlumata görә, Burkina Fasodan gәlәn silahlılar Qouari, Djimdo, Panqa Douqpou ve Dialakanda kәndlәrini eyni anda hәdәf alaraq azı 32 nәfәri qәtlә yetirib.

Yerli vә hәrbi mәnbәlәr silahlıların kәndlәrә ciddi ziyan verdiyini bildirib.

Kәndlәrdәn tәxminәn 20 kilometr mәsafәdә yerlәşәn Mali ordusuna mәxsus düşәrgәdәki әsgәrlәr kәndlәrә ancaq silahlılar getdikdәn sonra cәlb oluna bilib.

Ölkәnin şimal vә mәrkәzi bölgәlәrindә  2012-ci ildәn bәri qarşıdırmalar yaşanır vә terror hücumları törәdilir.

Malidә keçәn il Fulani vә Doqon qәbilәlәri arasında baş verәn qarşıdurmalar nәticәsindә 300-dәn çox adam hәyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr