İsveçin XİN rәhbәri İsrailin ilhaqla bağlı planına münasibәt bildirib

İsveçin xarici işlәr naziri Ann Linde İsrailin işğal altındakı Fәlәstin torpaqlarını ilhaq etmәklә bağlı planının qarşısını almaq üçün beynәlxalq tәzyiqin davam etdirilmәsinin vacibliyini vurğulayıb.

1448249

Linde İsrail Baş naziri Binyamin Netanyahunun iyulun 1-dәn etibarәn elan etmәyi planlaşdırdığı, ancaq tәxirә saldığı ilhaq planı ilә bağlı bәyanat verib.

İsrailin daha әvvәldәn İordan çayının qәrb sahilinin bәzi bölgәlәrini ilhaqla bağlı cәhdlәrinin beynәlxalq tәzyiq nәticәsindә qarşısının alındığını xatırladan Linde beynәlxalq tәzyiqin davam etdirilmәsinin vacibliyini vurğulayıb.

Riskin davam etdiyini ifadә edәn Linde bildirib ki, ilhaq planı beynәlxalq hüquq normalarına ziddir. Bu addım iki dövlәtli hәll prosesinә zәrbә vuracaq. İsrail vә Fәlәstin arasındakı problemlәr daha da dәrinlәşә bilәr. Bu sәbәbdәn Avropa İttifaqı vә İsveç ilhaq riski olduğu müddәt әrzindә İsrailә tәzyiq göstәrmәyә davam edәcәk.

Әlaqәli Xәbәrlәr