Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 524 mini keçib.

1447996
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir
COVID-19.jpg
abd koronavirus.jpg
korona aşı
korona afrika.jpg

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 524 mini, virusa yoluxanların sayı 11 milyonu keçib, epidemiyadan sağalanların sayı isә 6 milyon 164 min olub.

131 min insanın öldüyü ABŞ-da 2 milyon 837 min adam "Covid-19" virusuna tutulub. 
Hindistanda 391 nəfərin həyatını itirməsi ilə "Covid-19"dan ölənlərin sayı 18 min 225-ə yüksəlib. Ölkədə son 24 saat ərzində 22 min 527 yeni yoluxma faktı qeydə alınıb, bununla da virusa yoluxanların ümumi sayı 627 min 168-ə çıxıb.
Çində Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, son 24 saat ərzində 3-ü xaricdən qaynaqlanan 5 "Covid-19" yoluxma faktı aşkarlanıb. Yeni yoluxmalardan 2-si paytaxt Pekində qeydə alınıb. Son 24 saatda Çində virusla əlaqəli ölüm hadisəsi baş verməsə də, ümumi yoluxma halların sayı 83 554-ə çıxıb. Bu günə qədər Çində 4 min 634 adam ölüb.  Ölkədə virus aşkarlanan 78 min 499 nəfər sağalıb.
Cənubi Koreyadakı Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzində edilən açıqlamada, son 24 saat ərzində xaricdən qaynaqlanan 63 yeni "Covid-19" hadisəsi aşkarlanıb. Ölkədə son 24 saatda "Covid-19" ilə əlaqədar  yeni insan itkisi olmayıb. Virusa yoluxma sayının 12 min 967-yə yüksəldiyi ölkədə bu günə qədər 282 nəfər həyatını itirib.
Epidemiyanın Avropadakı mәrkәzi İngiltәrәdә son 24 saatda virus səbəbiylə 89 adam həyatını itirib. Bununla da ölkədə insan itkisi 43 min 995-ә yüksəlib. Xəstəliyə yoluxanların sayı 576 artarkən, aparılan yeni qiymәlәndirmә nәticәsindә virusa tutulanların sayı 283 min 757 olaraq açıqlanıb.
İtaliyada epidemiya səbəbiylə ölәnlәrin sayı son bir gündə 30 artaraq 34 818-ә çıxıb. Aktiv koronavirus hadisələrinin sayının 195 azalaraq 15 min 60-a düşdüyü ölkədə 201 yeni yoluxma qeydә alınıb.
Fransada son 24 saatda epidemiya səbəbiylə 14 nəfər həyatını itirib, bununla da ölәnlәrin sayı 29 875 nəfərə, infeksiyaya yoluxanların sayı isə 569 nəfər artaraq 202 875 nəfərə çıxıb.
İsveçrədə virus səbəbiylə ölənlərin sayı 1965, 31 min 967 "Covid-19" infeksiyasına yoluxma aşkarlanıb.

Əlcəzairdə daha 8 nəfərin virus səbəbiylə ölməsi nəticəsində ölkədə insan itkisi 928 olub. Virusa yoluxanların sayı isə 385 artaraq 14 657 olub.
Omanda 3 nəfər virusa görə ölüb,  min 361 nəfərə isə virus yoluxub. Ölkədə həyat itkisi 188, yoluxmaların sayı 42 min 555-ə yüksəlib.
Bəhreyndə "Covid-19" səbəbiylə daha 3 nəfər ölüb, 656 yeni yoluxma qeydə alınıb. Ölkədə həyat itkisi 93, yoluxmaların sayı 27 441 olub.
Qətərdə 3 nəfər ölüb, 894 nəfərə virus yoluxub. Ölənlərin sayı 118, yoluxma hallarının sayı 97 min 897-ə yüksəlib.
Son bir gündə virus səbəbiylə bir adamın öldüyü Küveytdə həyat itkisi 359-a çıxıb.. Ölkədəki yoluxma hallarının sayı 919 artaraq 47 min 859-a çıxıb.
Mərakeşdə "Covid-19" səbəbiylə bir nəfər ölüb, daha 333 nəfərə virus yoluxub. Ölkədəki insan itkisi 229, yoluxma sayı isə 12 min 969-a çıxıb. 
50 nəfərin həyatını itirdiyi Tunisdə daha üç nəfərdə "Covid-19" aşkarlanması ilə yoluxmaların sayı 178 minə yüksəlib.
9 ölüm hadisəsinin qeydə alındığı İordaniyada daha 3 nəfərdə "Covid-19" aşkarlanıb, yoluxmaların sayı 136 min olub.
Bir nəfərin öldüyü Botsvanada, virusa yoluxanların sayının 227 olduğu bildirilib. Prezident Mokgweetsi Masisi isə Prezident Aparatında bir işçidə viruş aşkarlanmasından  sonra özünü karantinə alıb.

2 749 nəfərin öldüyü Cənubi Afrika Respublikasında yoluxmaların sayı 168 61-ə yüksəlib.

Epidemiyadan ən çox əziyyət çəkən ikinci ölkə olan Braziliyada son 24 saatda virus səbəbiylə 1252 adam həyatını itirib. Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə virusdan ölənlərin sayı 61 min 884-ə, virusa yoluxanların sayı isə 48 min 105 artaraq bir milyon 496 min 858-ə çıxıb.
Meksikada son 24 saat ərzində "Covid-19"dan insan itkisi 679 artaraq 29 189-a, yoluxmaların sayı isə 6 741 artaraq 238 min 511-ə yüksəlib. Peruda "Covid-19" səbəbindən ölənlərin sayı 10 min 45-ə, yoluxmaların sayı isə 3 527 artaraq 292 min 4-ə yüksəlib.

Şimali Koreyada indiyədək açıqlanan hər hansı "Covid-19" yoluxma hadisəsi olmadığı, ölkə lideri Kim Çen İn xalqı yeni növ koronavirusla mübarizədə "maksimum qayğı göstərməyə" çağırıb.
Rusiyada ölənlərin sayı 9 859-a, "Covid-19" aşkarlananların sayı isə 667 min 883-ə yüksəlib. 
İnsan itkisinin 325-ə yüksəldiyi İsraildə "Covid-19"dan son 24 saatda daha 107 adamda virus aşkarlanıb və yoluxanların ümumi sayı 27 554-ə çıxıb. Təl-Əviv rəhbərliyi virusla mübarizə üçün bəzi məhdudiyyətləri yenidən tətbiq etməyə başlayıb. 



Әlaqәli Xәbәrlәr