‘‘Covid-19’’a yoluxanların sayı 10 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 10 milyonu, epidemiyadan sağalanların sayı da 5 milyonu keçib.

1447224
‘‘Covid-19’’a yoluxanların sayı 10 milyonu keçib
kovid-19 asi.jpg
iran kovid.jpg

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 519 min 584-ü, virusa yoluxanların sayı 10  milyon 834 min 238-i, epidemiyadan sağalanların sayı da 6 milyon 54 min 40-ı keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 130 mini, yoluxanların sayı isә  2 milyon 780 min 152-ni keçib.

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 1038  artaraq 60 min 713-ә yüksәlib.Ölkәdә virusa yoluxanların sayı da 46 min 712 artaraq 1 milyon 453 min 639-a çatıb.

İtaliyada yeni növ koronavirus epidemiyasından  hәyatını itirәnlәrin sayı gün әrzindә 21  artaraq 34  min 788-ә yüksәlib. Ölkәdә epidemiyaya yoluxanların ümumi sayı 15 min 225-ә  enib.

Fransada epidemiya qurbanlarının sayı  gün  әrzindә 18 artaraq 29 min 861-ә, infeksiyaya yoluxanların sayı isә 918 artaraq 202 min 70-ә yüksәlib.

İspaniyada son bir hәftә әrzindә yeni növ koronavirusdan 19 nәfәrin dә vәfat etmәsi ilә ölkәdә epidmiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 28 min 363-ә  yüksәlib. İspaniya Sәhiyyә Nazirliyi gün әrzindә 149  nәfәrin dә virusa yoluxması ilә tutulanların ümumi sayının 249  min 659-a çatdığını açıqlayıb.

Portuqaliyada isә yeni növ koronavirusdan sutka әrzindә vәfat edәnlәrin sayı 3 artaraq 1579-a yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 42  min 454-ә  çatıb.

Kanadada koronavirus qurbanlarının sayı 88 artaraq 8 min 663-ә, infeksiyaya yoluxanların sayı da 219 artaraq 106 min 84-ә yüksәlib.

Avstraliyada koronavirus sәbәbindәk hәyatını itirәnlәrin sayı 106-ya çatıb. Ölkәnin Melburn şәhәrindә 19 yeni yoluxma faktının qeydә alınması ilә  şәhәrdә  komendan saatı elan edilib.

Yeni Zelandiyada koronavirus epidemiyasından vәfat edәnlәrin sayı 22-yә, virusa yoluxanların sayı da 1530-za yüksәlib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı 43 mini, infeksiyaya yoluxanların sayı da 313 mini keçib.

Digәr ölkәlәrdә isә vәziyyәt belәdir:

Belçikada koronavirus qurbanlarının sayı 9 mini, Almaniyada 9 mini, Hollandiyada 6 mini, Çilidә 5 mini, İsveçdә 5 mini, Kolumbiyada 3 mini vә Argentinada mini keçib.

 



Әlaqәli Xәbәrlәr