Antonio Quterreş vә Fayiz әs-Sәrrac arasında telefon danışığı olub

Bu barәdә Birlәşmiş Millәtlәr Tәkilatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1447228
Antonio Quterreş vә Fayiz әs-Sәrrac arasında telefon danışığı olub

 

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş vә Liviya Baş naziri Fayiz әs-Sәrrac arasında telefon danışığı olub.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәkilatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Sәrrac söhbәt zamanı birgә hәrbi komissiya ilә bağlı danışıqlara vә seçkilәrә әsaslanan siyasi hәll yoluna sadiq olduqlarını  bildirib. Tәrәflәr hәmçinin ölkәdә qapalı olan neft yataqlarının yenidәn açılmasının vacibliyini vurğulayıblar. Guterreş isә öz növbәsindә Liviyada aşkar edilәn kütlәvi mәzarlıqlara görә narahat olduqlarını bildirib.

BMT baş katibinin sözçüsü Stefan Dujarik keçirdiyi gündәlik mәtbuat konfransında Quterreşin Liviyanın şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterlә dә telefon әlaqәsi saxladığını deyib.



Әlaqәli Xәbәrlәr