Taliban polis mәntәqәsinә hücum etdi, ölәnlәr var
Bu barәdә Nanqarhar Valiliyi mәlumat yayıb.
1446883

Әfqanıstanın şәrqindәki polis mәntәqәsinә Taliban silahlıları tәrәfindәn tәşkil edilәn silahlı hücum nәticәsindә 2 mühafizәçi hәlak olub.
Bu barәdә Nanqarhar Valiliyi mәlumat yayıb. Mәlumatda hadisәnin Naziyan qәsәbәsindә baş verdiyi vurğulanıb.
Hücum nәticәsindә 2 mühafizәçinin hәlak olduğu, 5-nin dә yaralandığı bildirilib. Hücum zamanı baş verәn qarşıdurmada Talibanın da çox sayda itki verdiyi qeyd olunub.
Taliban mәsәlә ilә bağlı açıqlama vermәyib.