Qәrb ölkәlәrindә ‘‘Covid-19’’la bağlı son vәziyyәt (1 iyul)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 10 milyonu, epidemiyadan sağalanların sayı da 5 milyonu keçib.

1446464
Qәrb ölkәlәrindә ‘‘Covid-19’’la bağlı son vәziyyәt (1 iyul)
super covid19
covid.jpg

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 10  milyonu, epidemiyadan sağalanların sayı da 5 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 130 mini, yoluxanların sayı isә  2 milyon 727 mini keçib.

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 280 artaraq 59 min 594-ә yüksәlib.Ölkәdә virusa yoluxanların sayı da 33 min 846 artaraq 1 milyon 402 min 41-ә çatıb.

Maksikada son bir gündә koronavirusdan vәfat edәnlәrin sayı 648 artaraq 27 min 769-za, infeksiyaya yoluxanların sayı da 5 min 432 artaraq 226 min 89-za yüksәlib.

Epidemiyanın avropadakı mәrkәzi olan İngiltәrәdә koronavirusdan gün әrzindә daha 155 nәfәr hәyatını itirib. Belәliklә ölkәdә bu günәdәk virusdan vәfat edәnlәrin sayı 43 min 730-a çatıb. Ölkәdә virusa yoluxanların sayı da 689 artaraq 312 min 654-ә yüksәlib.

İtaliyada yeni növ koronavirus epidemiyasından  hәyatını itirәnlәrin sayı gün әrzindә 23  artaraq 36  min 767-ә yüksәlib. Ölkәdә gün әrzindә daha 142  nәfәr virusa yoluxub. Ölkәdә epidemiyaya yoluxanların ümumi sayı 15 min 563-ә  enib.

Fransada epidemiya qurbanlarının sayı  gün  әrzindә 30  artaraq 29 min 843-ә, infeksiyaya yoluxanların sayı isә 541 artaraq 201 min 152-yә yüksәlib.

İspaniyada son bir hәftә әrzindә yeni növ koronavirusdan 20  nәfәrin dә vәfat etmәsi ilә ölkәdә epidmiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 28 min 355-ә  yüksәlib. İspaniya Sәhiyyә Nazirliyi gün әrzindә 99  nәfәrin dә virusa yoluxması ilә tutulanların ümumi sayının 249  min 271-ә çatdığını açıqlayıb.

Portuqaliyada isә yeni növ koronavirusdan sutka әrzindә vәfat edәnlәrin sayı 8  artaraq 1576-ya yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 42  min 141-ә  çatıb.

Kanadada koronavirus qurbanlarının sayı 8 min 591-ә, infeksiyaya yoluxanların sayı da 104 minә çatıb.



Әlaqәli Xәbәrlәr