Peter Siyyarto: ‘‘Avropa ittifaqı üzәrinә düşәn öhdәliyi yerinә yetirmәlidir’’

Macarıstanın xarici işlәr vә ticarәt naziri Peter Siyyarto bildirib ki, Avropa İttifaqı Türkiyәyә qaçqınlar mәsәlәsindә verdiyi sözü tutmalıdır.

1446439

Ankaraya rәsmi sәfәr edәn Macarıstan xarici işlәr vә ticarәt naziri Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu ilә görüşüb. Görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edәn  Peter Siyyarto  Avropa İttifaqının  Türkiyәyә qaçqınlarla bağlı 6 milyard avro dәstәk verәcәyini xatırladıb.

‘‘Avropa İttifaqı  4,7 milyard avro ödәdiyini söylәsә dә türkiyәli hәmkarlarımız belә düşünmür. Bu mәsәlә әn qısa zamanda aydınlığa qovuşdurulmalıdır. Avropa İttifaqı üzәrinә düşәn öhdәliyi yerinә yetirmәlidir’’,-deyә Macarıstanın  xarici işlәr vә ticarәt naziri qeyd edib.

Әlaqәli Xәbәrlәr