Әfqanıstanda hücum, ölәnlәr var

Әfqanıstanın cәnubundakı Helmand vilayәtinin Nave qәsәbәsindә törәdilәn hücum nәticәsindә iki mülki vәtәndaş hәlak olub.

1446437
Әfqanıstanda hücum, ölәnlәr var

 

Әfqanıstanın cәnubundakı Helmand vilayәtinin Nave qәsәbәsindә törәdilәn hücum nәticәsindә iki mülki vәtәndaş hәlak olub.

Helmand Valiliyinin mәtbuat katibi Ömәr Zuvak әvvәlcәdәn yol kәnarına yerlәşdirilәn partlayıcı qurğunun işә salındığını deyib.

Zuvak hücum nәticәsindә iki mülki vәtәndaşın  hәlak olduğunu, bir mülki vәtәndaşın da yaralandığını deyib

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Digәr tәrәfdәn Uruzqan vilayәtinin Dehravud qәsәbәsinin Polis İdarәsinin rәisi Şax Mәhәmmәd Şaxa hücum edilib. Hadisә nәticәsindә Şax Mәhәmmәd Şax hәlak olub.

Uruzqan Valiliyinin sözçüsü Zilqey İbadi hücumun Taliban silahlıları tәrәfindәn törәdildiyini söylәyib.



Әlaqәli Xәbәrlәr