Tedros Adhanom Qebriyesus ‘‘Covid-19’’un yayılma sürәtini qiymәtlәndirib

Ümumdünya Sәhiyyә Tәşkilatının rәhbәri Tedros Adhanom Qebriyesus yeni növ koronavirusla bağlı deyib: ‘‘Әn çәtin ssenari hәlә dә yaşanmayıb’’

1445882

Ümumdünya Sәhiyyә Tәşkilatının İsveçrәnin Cenevrә şәhәrindәki mәrkәzindә videokonfrans yolu ilә tәşkil edilәn mәtbuat konfransında çıxış edәn Qebriyesus çox sayda ölkәnin virusun yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tәdbirlәr gördüyünü ifadә edib.

‘‘Bu tәdbirlәr virusun yayılma sürәtini azaldsa da, dayandıra bilmәdi. Bәzi ölkәlәr bu tәdbirlәri yumuşaltdı. Hәmin ölkәlәrdә virusun yenidәn yayıldığı müşahidә olunub. Hamımız hәyatımıza davam etmәk istәyirik. Amma hәqiqәt budur ki, epidemiyanın hәlә dә qarşısı alınmayıb. Çox sayda ölkә irәlilәyiş әldә etmiş olsa da, pandemiya qlobal sәviyyәdә sürәtini daha da artırır’’,-deyә Ümumdünya Sәhiyyә Tәşkilatının rәhbәri qeyd edib.

Qebriyesus hәmçinin vurğulayıb ki, dünya bu epidemiya ilә çox şey itirsә dә ümidimizi itirmәmәliyik.

Әlaqәli Xәbәrlәr