Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt (30 iyun)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 10 milyonu, epidemiyadan sağalanların sayı da 5 milyonu keçib.

1445730
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt (30 iyun)
koronavirus.jpg
ABŞ_korona.jpg

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 10  milyonu, epidemiyadan sağalanların sayı da 5 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 128 min 788-ә, yoluxanların sayı isә  2 milyon 682 min 11-ә yüksәlib.

Braziliyada epidemiya qurbanlarının sayı  gün әrzindә 692 artaraq  58 min 314-ә, infeksiyaya yoluxanların sayı da 1 milyon 368 min 195-ә çatıb.

Meksikada koronavirusdan vәfat edәnlәrin sayı 27 mini, virusa yoluxanların sayı da 220 mini keçib.

İtaliyada yeni növ koronavirus epidemiyasından  hәyatını itirәnlәrin sayı gün әrzindә 6 artaraq 34 min 744-ә yüksәlib. Ölkәdә gün әrzindә daha 174  nәfәr virusa yoluxub. Ölkәdә epidemiyaya yoluxanların ümumi sayı 16 min 496-ya enib.

Fransada epidemiya qurbanlarının sayı 3 gün  әrzindә 35  artaraq 29 min 813-ә, infeksiyaya yoluxanların sayı isә 280  artaraq 200 min 611-ә yüksәlib.

İspaniyada son bir hәftә әrzindә yeni növ koronavirusdan 3  nәfәrin dә vәfat etmәsi ilә ölkәdә epidmiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 28 min 346-ya yüksәlib. İspaniya Sәhiyyә Nazirliyi gün әrzindә 84  nәfәrin dә virusa yoluxması ilә tutulanların ümumi sayının 248  min 970-ә çatdığını açıqlayıb.

Portuqaliyada isә yeni növ koronavirusdan sutka әrzindә vәfat edәnlәrin sayı dörd  artaraq 1568-ә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 41  min 912-yә  çatıb.

Balkan ölkәlәrindә isә vәziyyәt belәdir:

Serbiyada koronavirus qurbanlarının sayı 274-ә, infeksiyaya yoluxanların sayı da 242 artaraq 1433-ә yüksәlib.

Sloveniyada koronavirusa yoluxanların sayı 1585-ә, virusdan ölәnlәrin sayı da 111-ә çatıb.

Xorvatiyada koronavirusdan 107 nәfәr hәyatını itirib, daha 2 min 725  adam da infeksiyaya yoluxub.

Monteneqroda epidemiyadan vәfat edәnlәrin sayı 9 nәfәrә, infeksiyaya yoluxanların sayı da 500-ә çatıb.

Bosniya vә Herseqovinada  gün әrzindә daha bir adam infeksiyadan ölüb, virusa yoluxanların sayı da 128  artaraq 4 mini keçib.

 



Әlaqәli Xәbәrlәr